...

"Buranovskiye babuşki": Azərbaycan bizim doğma evimizdir (FOTO)

Eurovision-2012 Materials 14 May 2012 19:37 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin ən qeyri-adi iştirakçıları olan Rusiyanın "Buranovskiye babuşki" qrupunun mətbuat konfransı keçirilib.
"Buranovskiye babuşki": Azərbaycan bizim doğma evimizdir (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin ən qeyri-adi iştirakçıları olan Rusiyanın "Buranovskiye babuşki" qrupunun mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, kollektiv müsabiqənin birinci yarımfinalında ingilis və udmurt dillərində ifa edəcəyi "Party for Everybody" kompoziyası ilə iştirak edəcək.

Bu, iki gün ərzində keçirilən mətbuat konfranslarından ən uzunmüddətlisi olub və KİV-də böyük maraq doğurub. Bir-birinin ardınca suallar verilib, nənələr və kollektivin rəhbərliyi suallara özünəməxsus yumorla və ingilis və udmurt dillərinda mahnılar oxumaqla cavab veriblər.

"Biz səhnədə çıxış edərkən dəyişirik və özümüzdə yeni imkanlar açırıq, ətrafımızdakı insanların yaxşı tərəfə dəyişdiyini görürük. Gənclər oxuyur, biz isə oxuya bilmərik? Necə lazımdırsa oxuyarıq! Halbuki "Party for Everybody" mahnısını ifa etmək elə də asan olmadı. Əvvəlcə ingilis dilindən rus dilinə, sonra isə udmurt dilinə çevirdilər. Əlbəttə ki, hərflərlə. Bizim üçün əsas olan müsabiqədə qalib gəlmək yox, orada iştirak etməkdir", - nənələr deyiblər.

Nənələrin sözlərinə görə, səs-küydən uzaqda müsabiqəyə sakit şəkildə hazırlaşmaq üçün Xəzər dənizinin sahilindəki hotelə yerləşiblər, həmçinin, ilk dəfədir ki, həyatlarında dəniz görürlər. Əlbəttə ki, ən yaxın müddətdə Azərbaycan mahnılarından birini öyrətməyə söz veriblər.

"Biz xəritəyə baxdıq və başa düşdük ki, Volqa çayı sahilində Bakının yerləşdiyi Xəzər dənizinə tökülür, Volqaya Kama, Kamaya isə doğma çayımız Buron axır. Buna görə, Azərbaycan da bizim doğma evimizdir", - nənələr vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti