Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Biz indi qələbəmizi qeyd etməyə deyil, yatmağa gedəcəyik. Trend-in məlumatına görə, bunu Macarıstanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Compact Disco" qrupunun iştirakçıları ("Sound Of Our Hearts") çərşənbə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib.
Qrup üzvləri bildiriblər ki, müsabiqə ilə bağlı hər şey peşəkar hazırlanıb.
"Hamıya minəttarıq. Birinci məqsədi yerinə yetirib finala vəsiqə qazandıq. Sözsüz ki, bura gəlmişiksə, finalda da qalib gəlmək niyyətimiz var", - Macarıstan təmsilçiləri deyib.
"Compact Disco" qrupu finalda ikinci yerdə çıxış edəcək.