...

Litva "Eurovision 2012"-də favorit ölkələrdən biridir - təmsilçi (FOTO)

Eurovision-2012 Materials 25 May 2012 02:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsinin II yarımfinalında uğur qazanaraq finala addımlayan Litva təmsilçisi Donny Montell ("Love Is Blind") öz ölkəsini finala yüksətdiyi üçün çox sevinclidir.

24 yaşlı müğənni qeyd edib ki, özünü çox xoşbəxt hesab edir.

"Məncə burada hamı peşəkardır. Burada ölkələrin deyil, ifaların əhəmiyyəti var. Mən bacardığım qədər ifamı inkişaf etdirməyə çalışdım və favorit təmsilçilərdən biriyəm", - Trend-in məlumatına görə, bunu Montell cümə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib.

Litva finalda 4-cü yerdə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti