Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.Mehdiyev/
"Eurovision 2012" mahnı müsabiqəsinin II yarımfinalında uğur qazanaraq finala addımlayan İsveç təmsilçisi Loreen ("Euphoria") Azərbaycana yalnız öz işini görmək üçün gəlib.
"Hər şey qaydasındadır və çox xoşbəxtəm. Səhnə şousundan razı qaldım", - Trend-in məlumatına görə, bunu Loreen cümə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib.
Loreen səhnədə olan bütün cəhətlərin tam olduğunu və bütün bunların səhnə perfomansına yaxşı təsir etdiyini söyləyib.
"Azərbaycana yalnız öz işini görmək üçün gəlmişəm. Bu gün əsas məqsədim ökəmi müsabiqədə lazımınca təmsil etməkdir", - o deyib.
İsveç finalda 17-ci yerdə çıxış edəcək.