...

Kiprin "Eurovision 2012" təmsilçisi finalda iddiasını ortaya qoydu (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 00:44 (UTC +04:00)
Kiprin "Eurovision 2012" təmsilçisi İvi Adamu "Bakı Kristal Zalı"nın səhnəsində səkkizinci sırada çıxış edib.
Kiprin "Eurovision 2012" təmsilçisi finalda iddiasını ortaya qoydu (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Kiprin "Eurovision 2012" təmsilçisi İvi Adamu "Bakı Kristal Zalı"nın səhnəsində səkkizinci sırada çıxış edib.

Adamu "La La Love" mahnısını ifa edib.

İvi Adamu 1993-cü il noyabrın 24-də anadan olub. 2009-2010-cu illərdə gənc müğənni musiqi karyerasına Yunanıstanın "X-Factor" yarışmasından başlayıb və altıncı yeri tutub. Onun "Sose me" mahnısı daha çox məşhur olub. "La La Love" mahnısı "A Song For Ivi" adlı xüsusi proqramda münsiflər heyəti və tamaşaçıların 50/50-yə səsverməsi nəticəsində seçilib.

Xəbər lenti

Xəbər lenti