Azərbaycan, Bakı, 27 may /Trend/
Norveçin "Eurovision 2012" təmsilçisi Tooji "Bakı Kristal Zalı"nın səhnəsində 12-ci sırada çıxış edib.
O, ingilis dilində "Stay" mahnısı ilə çxış edib.
Səhnədə maraqlı xoreoqrafiya təqdim olunur. İfaçı hesab edir ki, hamı üçün müsabiqədə iştirak həyat təcrübəsidir.
Touraj Keştkar 1987-ci il mayın 26-da Şirazda (İran) anadan olub. Bir yaşında ikən ailəsi Norveçə köçüb. 16 yaşından model sənətinə gəlib. Daha sonra karyerasını televiziyada davam etdirən Tooji Norveçin MTV kanalında 2 proqramda aparıcı kimi çalışıb. "Swan Song" adlı ilk mahnısını 2008-ci ildə təqdim edib.