...

Iran prezidenti: " Hazırda İranın ən müasir silahları var"

Dünya xəbərləri Materials 22 Sentyabr 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İran prezidenti Mahmud Əhmədinejad sentyabrın 22-də Tehranda "Müqəddəs müdafiə" həftəsində, hərbi qüvvələr tərəfindən keşirilən paradda çıxış edərək, İranın ən müasir silahlara yiyələnməsini bildirib.

İranın "Farsnews" agentliyinin verdiyi məlumata əsasən, Əhmədinejad hərbi qüvvlərin paradında bildirib ki, İranın düşmənləri millətin sürətli inkişafına mane ola bilməzlər. Əhmədinejad qeyd edib ki, düşmənlər İraq müharibəsindən sonra İranı yenə də sınaqdan keçirə bilərlər, ancaq bu dəfə bizim hərbi qüvvəmiz ən müasir silahlara malikdir.

İran prezidenti bildirib ki, İranın düşmənlərinin İraqda uğursuz olduqlarını etiraf etmələrini təkilf edirəm:" Onlara məsləhət, İraqın işğalına son qoyub, öz ölkələrinə qayıtmaqdır".

"Müqəddəs həftə" sentyabrın 22-dən 27-dək İran-İraq müharibəsini yad etmək üçün nəzərdə tutulub və hər il bu ərəfədə İran hərbi qüvvələri müxtəlif şəhərlərdə parad keçirirlər. 27 il bundan əvvəl bugünkü gündə İran-İraq müharibəsi baş verib.

Xəbər lenti

Xəbər lenti