...

Mixail Saakaşvilinin inouqurasiya mərasiminin təfərrüatı

Dünya xəbərləri Materials 18 Yanvar 2008 02:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 yanvar / müxbir Trend N.Kirçxalia / Mixail Saakaşvili and içmə mərasiminə parlament qarşısında ucaldılan xitabət kürsüsünə Parlamentin binasından yox, bina qarşısında yığışan xalqın içindən çıxacaq. Bunu jurnalistlərə inouqurasiyanın rejissoru David İmedoşvili deyib.

İnouqurasiya 20 yanvar tarixində keçiriləcək. Mixail Saakaşvili andişməni Kutaisidə Baqrat məbədində verəcək. Sonra Saakaşvili parlament binası qarşısına gələcək və orda onu prezidentin səlahiyətlərini icra edən Nino Burdjonadze gözləyəcək və yeni seçilmiş prezidenti xitabət kürsüsünə gətirəcək.

Rejissor deyib ki, Saakaşvili Gürcüstanın konstitusiyasında and içəcək, sonra o xalqa və diplomatik korpusun nümayəndələrinə müraciət edəcək.

Yüksək vəzifəli qonaqlar üçün parlament qarşısında VIP-loja quraşdırılacaq. Lazım olan texniki işlər axşam 18 yanvara kimi yekunlaşdırılacaq. Həmin gün müdafiə nazirliyi Rustaveli prospektində paradı məşq edəcək. Bu səbəbdən prospekt bir neçə saatlıq bağlanacaq.

Xəbər lenti

Xəbər lenti