...

Rusiya aviasiyasının Qoriyə endirdiyi zərbələr zamanı hollandiyalı jurnalist həlak olub

Dünya xəbərləri Materials 12 Avqust 2008 13:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün səhər Rusiya aviasiyasının Qariyə endirdiyi bomba zərbələri zamanı hollandiyalı operator həlak olub. Bu barədə Qoridə olan gürcü jurnalistlər məlumat veriblər.

Gürcüstan parlamentinin deputatı Qiorqi Qabaşvilinin jurnalistlərə verdiyi məlumata görə, Gürcüstanın Yunanıstandakı səfiri İrakli Tavartkiladze onunla əlaqə saxlayıb və bildirib ki, Qorinin bombalanması zamanı bu ölkənin İctimai Televiziyasının çəkiliş qrupundan olan bir neçə yunan jurnalist isə yaralanıb. "O bizdən jurnalistlərə hər cür yardımın göstərilməsini xahiş edib və biz indi bununla məşğul oluruq", - deyə o bildirib.

Yunan jurnalistlərinin Gürcüstan vətəndaşı olan sürücüsü də yaralanıb. Hazırda onu Tbilisidəki Quduşauri xəstəxanasına aparırlar.

"Bu, dinc əhaliyə qarşı güc tətbiq edilməsinin hələ də davam etdiyini göstərir və beynəlxalq ictimaiyyət buna son qoymalıdır", - deyə Qabaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti