...

İstənilən qanuni hökumətin öz vətəndaşlarının hüquqlarını müdafiə etmək imkanı olmalıdır – Valdas Adamkus

Dünya xəbərləri Materials 13 Avqust 2008 15:14 (UTC +04:00)
İstənilən qanuni hökumətin öz vətəndaşlarının hüquqlarını müdafiə etmək imkanı olmalıdır – Valdas Adamkus

Gürcüstan, Tbilisi, 13 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ "Biz bura onun üçün gəlmişik ki, xalqın seçdiyi qanuni Gürcüstan hökumətini dəstəkləyək", - Litva lideri Valdas Adamkus Polşa, Litva, Gürcüstan, Estoniya prezidentləri və Latviya Baş nazirinin iştirakı ilə birgə brifinqdə bəyan edib.

"Bu qanuni hökumətin Rusiyanın işğal etdiyi ərazilərdə zorakılığa məruz qalan vətəndaşlarının hüquqlarını müdafiə etmək imkanı olmalıdır", - o bildirib.

Adamkus vurğulayıb ki, "vəziyyətin düzəldilməsi üçün bütün dünyada, o cümlədən Aİ-də formal olaraq görüşlər keçirilir. Aİ-də xarici işlər nazirləri Rusiya və Gürcüstan tərəfləri ilə razılaşdırılmış bəyannaməni qəbul etməyə çalışırlar".

"Mən istərdim ki, dünən prezident Sarkozinin səfəri zamanı sülhü möhkəmləndirən qərar qəbul olunsun. Lakin gecə ərzində vəziyyət pisliyə doğru dəyişib. Mən Gürcüstana yardım göstərməsi üçün Aİ-yə müraciət etmək istəyirəm", - Litva prezidenti qeyd edib.

"Problem ondan ibarətdir ki, məlum olur ki, Gürcüstanın öz münaqişələrini həll etmək hüququ yoxdur. Suverenlik yalnız kağız üzərindədir və beynəlxalq ictimaiyyət suveren Gürcüstanın maraqlarının müdafiəsi zamanı lazım olduğu qədər fəal deyil. Biz burada sülhün olmasını istəyiriksə, işğalçı qoşunlar Gürcüstandan getməlidirlər", - Adamkus qeyd edib.

O, "sülh prinsipini təmin etmək üçün" regiona beynəlxalq qüvvələrin yeridilməsinə çağırıb. "Əks halda, bizim görüşlərimiz heç bir əhəmiyyət kəsb etmir. Konkret qurbanlar var. Avropa ayılmalı və bu regionu təhlükəsizlik sistemi ilə təmin etməlidir. Belə ki, region rifah əldə etməsə, vəziyyət nəzarətdən çıxacaq, bu isə Avropanın təhlükəsizliyinə təhdiddir", - Adamkus qeyd edib.

O, təcavüzkara güzəştə getməyin milyonlarla qurbanla nəticələndiyi İkinci Dünya Müharibəsini xatırlamağa çağırıb. Adamkus KİV-i Gürcüstandakı hadisələri fəal işıqlandırmağa və reallığı hökumət və xalqların diqqətinə çatdırmağa çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti