...

Pakistanda baş verən partlayış zamanı Azərbaycanın vətəndaşlarından xəsarət alanı yoxdur - AR konsulu

Dünya xəbərləri Materials 21 Sentyabr 2008 13:54 (UTC +04:00)
Pakistanda baş verən partlayış zamanı Azərbaycanın vətəndaşlarından xəsarət alanı yoxdur - AR  konsulu

Azərbaycan, Bakı, 21 sentyabr/ Trend , müxbir T.Cəfərov/ Pakistanda baş verən partlayış zamanı Azərbaycanın vətəndaşlarından xəsarət alanı yoxdur. Bu barədə Azərbaycanın Pakistandakı konsulu Daşqın Şikarov bu gün telefonla Trend a bildirib.

""Merriot" mehmanxanasında partlayış zamanı Azərbaycanın vətəndaşı olmayıb, ölənlər arasında ABŞ, Almaniya, Səudiyyə Ərəbistan, Livanın vətəndaşları və yerli əhalinin nümayəndələri olub", Şikarov bildirib.

Pakistanın paytaxtı İslamabadda güclü partlayış baş verib. "Marriot" otelində bombanın partlamasının sədası şəhərin ucqar rayonlarında da eşidilib.

Partlayış nəticəsində ölənlərin sayı 60-dək yüksəlib. Öncə 40 nəfərin həlak olduğu bildirilirdi.

Hadisə yerinə "təcili yardım" maşınları gəlib. İnsanlar oteli tərk edirlər, onların bəziləri qan içindədirlər. İlkin xəbərə görə, bombanı terrorçu-kamikadze partladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti