Azərbaycan, Bakı, 28 sentyabr / Trend / Rusiya cari ilin avqustunda qoşunlarını Gürcüstana daxil etməklə kolonial ölkə kimi hərəkət edib. Rusiyanın RBC agentliyinin yaydığı məlumata əsasən, bunu Çexiyanın xarici işlər naziri Karel Şvarçenberq BMT Baş assambleyasının 63-cü sessiyasında, Nyu-Yorkda etdiyi çıxışı zamanı bildirib. Şvarçenberq qeyd edib ki, їSon zamanlar biz sistemli provakasiyaların və BMT Təhlükəsizlik Şurasının üzvü olan güclü bir dövlətin onun kiçik qonşusunu parçalamaq məqsədi ilə göstərdiyi hərbi təhdidin şahidi olmuşuq.ї Çexiya XİN rəhbəri vurğulayıb ki, bu hərəkətlər (Rusiyanın) iqtisadi, hərbi və inzibati strukturlarından tam asılı olan iki kiçik qurumun yaradılması məqsədi ilə gerçəkləşib. Şvarçenberqin fikrincə rəsmi Moskva bu hərəkəti ilə beynəlxalq hüquq normalarını və BMT-nin təməl prinsiplərini pozub.