Rusiya prezidenti Dmitri Medvedev istisna etmir ki, ABŞ Şərqi Avropada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılmasından imtina edə bilər. Bu xəbəri İTAR-TASS agentliyi yayıb.
Rusiya prezidenti deyib, "ABŞ-ın yeni seçilmiş prezidenti bu məsələ barədə Polşa prezidenti ilə görüş zamanı daha diqqətli çıxış edib. Bu onu göstərir ki, amerika tərəfi bu barədə düşünür, onların şablonu yoxdur. Şans var ki, bu planlardan imtina olunacaq".
İnterfax agentliyi xəbər verir ki, Dmitriy Medvedev deyib, "Rusiya "İskəndər" raketlərini ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin Avropada quraşdırmasına cavab olaraq yerləşdirmək "istəmir". Bu cavab addımıdır və hər şey amerika tərəfindən asılı olacaq".