Əfqanıstan, Kabil, 27 noyabr/ Trend , müxbir A.Həkimi/ Qəndəharda "Taliban" hərəkatının yerli komandiri tutulub, - vilayətin rəhbəri Rəhmətullah Raufi deyib.
Əfqanıstanın Qəndəhar vilayətində yerləşən ABŞ hərbçilərinin apardığı əməliyyatların gedişində 11 talibançı öldürülüb, - yerli məmurlar bildiriblər.
Əməliyyat zamanı ələ keçən altı döyüşçü arasında "Taliban" hərəkatının yerli komandiri Molla Mohibulla da olub, - Kapis əyalətinin Zərya rayonunun qubernatoru söyləyib.
Müəlliflə əlaqə ünvanı: [email protected]