Liviya inqilabının başçızı Müəmmər Qəddafi ərəb dövlətlərinin liderlərini İsrailin Qəzzaya hücumu qarşısında qorxaqlıq nümayiş etdirməkdə ittiham edib. Bu barədə Liviyanın CANA agentliyi xəbər verib.
"Vesti"nin yazdığına görə, tərəfdərları qarşısında çıxış edən Qəddafi bildirib ki, dəstək yalnız fələstinlilərə humanitar yardım göstərmək və vəziyyətin ərəb sammitində müzakirəsini aparmaq təkliflərindən ibarət olub: "Onlardan biri sülh təşəbbüsü, digəri əhəmiyyətsiz humanitar yardım təklif edir, üçüncüsü mənasız nitqlə çıxış edir, daha birisi isə yüksək səviyyədə ərəb görüşünün təşkilindən danışır".
O, ərəb dövlətləri liderlərinin fövqəladə sammit keçirmək təşəbbüsünü tənqid edib: "Ərəb təşəbbüsü kimi qələmə verdiyiniz təşəbbüsü unutmalısınız. Bu - ərəb qəsdidir".