...

Respublikaçılar Partiyası Milli Komitəsinə afroamerikalı rəhbərlik edəcək

Dünya xəbərləri Materials 31 Yanvar 2009 10:49 (UTC +04:00)
Respublikaçılar Partiyası Milli Komitəsinə afroamerikalı rəhbərlik edəcək

ABŞ - ın Respublikaçılar Partiyası Milli Komitəsinin yeni sədri ilk dəfə olaraq afroamerikalı seçilib.

Vesti - nin  məlumatına əsasən, cümə günü elan olunduğuna görə, Komitənin sədri Merilend ştatının keçmiş vitse-qubernatoru Maykl Stil olub.

İTAR-TASS xəbər verir ki, Komitənin 168 üzvündən 91 nəfəri Stilin lehinə səs verib. Qaydalara əsasən, qələbə üçün iclasın 85 iştirakçısının dəstəyini qazanmaq lazım idi. Çox maraqlıdır ki, qalibi müəyyən etmək üçün bir neçə saat davam edən altı raunddan ibarət səsvermənin keçirilməsi lazım gəlib.

Stil "yarışmada" autsayder hesab olunurdu, çünki o, ümumiyyətlə, Komitənin üzvü olmayıb.

Xəbər lenti

Xəbər lenti