...

Avropa Yaxın Şərqdəki sülh prosesində daha aktiv rol oynamalıdır - Suriya prezidenti

Dünya xəbərləri Materials 3 Fevral 2009 01:41 (UTC +04:00)

Avropa Yaxın Şərqdəki sülh prosesində daha aktiv rol oynamalıdır. Bu sözləri İrlandiya XİN başçısı Mişel Martinlə görüş zamanı Suriya prezidenti Bəşər Əsəd deyib. Suriyanın SANA agentliyinin məlumatına görə, Əsəd Avropanın daha aktiv olmasının zəruriliyini qeyd edib.

Danışıqlarda Qəzza zolağındakı durumunun sabitləşməsi ilə bağlı məsələlər müzakirə olunub.

Əsədlə Martin İsraili Qəzza zolağının mühasirəsinə son qoymağa çağırıblar.

Xəbər lenti

Xəbər lenti