...

ECO-ya üzv ölkələr azad ticarət zonaları yaratmalıdırlar - Tacikistan prezidenti

Dünya xəbərləri Materials 11 Mart 2009 14:57 (UTC +04:00)

Tacikistan prezidenti İmaməli Rəhman martın 11-də Tehranda keçirilən sammitdə çıxışı zamanı bidirib ki, dünya iqtisadi böhranı ilə bağlı yarana biləcək problemlərin qarşısını almaq məqsədi ilə ECO - İqtisadi Əməkdaşlıq Təşkilatında işçi qrupların yaradılması zəruridir. Bu barədə İranın İRİB telekanalı məlumat verib.

Rəhman bildirib ki, ECO-ya üzv ölkələrin iqtisadi və enerji potensialı böyükdür. "ECO ikitərəfli və bir neçə tərəfli üzvlər arasında əməkdaşlığı inkişaf etdirməli, körpülər, dəmiryol reysləri və magistral yolların çəkilməsi üzrə işləri üzv ölkələr arasında sürətləndirməlidir.

Onun sözlərinə görə, ECO-ya üzv ölkələr azad ticarət zonalarının yaradılmasına çalışmalıdırlar.

Tacikistan prezidenti İran prezidentinin təklifini dəstəkləyərək bildirib ki, ECO-ya üzv ölkələrdə bu ad altında bank yaradılmalıdır. O, həmçinin əlavə edib ki, ECO-ya üzv ölkələrin əməkdaşlığı yalnız ECO çərçivəsində olmamalıdır.

Tacikistan prezidenti ölkəsindən Çinə dəmir yolunun çəkilməsi məsələsinə toxunaraq, bu layihənin digər ölkələr üçün də faydalı olacağını qeyd edib.

İran prezidenti martın 11-də keçirilən iclasda ECO üzvləri arasında vahid valyutanın seçilməsi, üzv ölkələrdə ECO adı altında bank yaradılması, ölkələr arasında idxal-ixrac əməliyyatlarında rüsum və vergilərin ləğv olunması, mal dövriyyəsinin həcminin artırılması təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti