...

İran Dohada keçirilən sammit iştirakçılarını bu ölkənin daxili məsələlərinə qarışmaqda ittiham edib

Dünya xəbərləri Materials 31 Mart 2009 16:15 (UTC +04:00)

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Dohada keçirilən Ərəb Ölkələri Sammitində Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarıyla bağlı bəyanatı rədd edərək bildirib ki, bu bəyanat onların açıq şəkildə İranın daxili məsələlərinə müdaxiləsini göstərir. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

"Hər üç ada tarix boyu İranın ayrılmaz bir parçası olub. Bu cür əsassız və tarixi həqiqətlərə zidd iddialar İranın bu üç adaya olan hökmranlığına heç bir ziyan gətirməyəcək", - deyə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi çərşənbə axşamı jurnalistlərə bildirib.

Son illər Birləşmiş Ərəb Əmirlikləri dəfələrlə rəsmi və qeyri-rəsmi mərasimlərdə Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarının qaytarılmasını tələb edib və məsələ danışıqlar yolu ilə alınmayacağı təqdirdə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edəcəyini bildirib.
Əbu Musa, Kiçik Tonb və Boyük Tonb adaları 1971-ci ildə Böyük Britaniya qüvvələri BƏƏ-dən çıxarıldıqdan sonra İrana verilib.

XI Ərəb Ölkələri Sammiti martın 29-da Qətərin paytaxtı Dohada öz işinə başlayıb və iki gün davam edərək bu gün öz işinə son verib.

Xəbər lenti

Xəbər lenti