...

1915-ci il hadisələrində ölənlər arasında yüz minlərlə türk və müsəlman var

Dünya xəbərləri Materials 25 Aprel 2009 17:03 (UTC +04:00)
1915-ci il hadisələrində ölənlər arasında yüz minlərlə türk və müsəlman var

ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadislərinə verdiyi açıqlamaya münasibət bildirən Türkiyə prezidenti Abdullah Gül 1915-ci il hadisələrində yüz minlərlə türk və müsəlmanın öldüyünü bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Obama "soyqırım" əvəzinə böyük fəlakət sözünü işlətdi. Obamanın sözləri ilə razılaşmadığım məqamlar var. 1915-ci il hadisələrində ölənlər arasında yüz minlərlə türk və müsəlman "- deyə o bildirib.

ABŞ Prezidenti Barak Obama 1915-ci il hadisələrinə dair çıxışında "soyqırım" sözünün əvəzinə erməni dilində mənası "böyük faciə" olan ifadədən istifadə edib.

Ermənilər hər il aprelin 24-nü tarixi faktları saxtalaşdıraraq qondarma "soyqırım" günü kimi qeyd edir və Ankaraya qarşı əsassız iddialarla çıxış edirlər

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti