İranın ağırlıqqaldırma üzrə milli komandası 583 xal toplayaraq Qazaxıstanda keçirilən Asiya çempionatının qalibi olub. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Qazaxıstanda keçirilən böyüklər arasında ağırlıqqaldırma üzrə Asiya çempionatı cümə günü sona çatıb. İranın milli komandası 6 qızıl, 6 gümüş və 3 bürünc medal qazanaraq ümumilikdə 583 xal toplayıb və çempionatın qalibi olub.
Çempionatda Qazaxıstan 555 xalla ikinci və Çin üçüncü yeri tutub.