...

Netanyahu və Sarkozi beynəlxalq sülh konfransının keçirilməsini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 23 İyun 2009 16:48 (UTC +04:00)

"İsrailin Baş naziri Benyamin Netanyahu və Fransa Prezidenti Nikolya Sarkozi beynəlxalq sülh konfransının keçirilməsini müzakirə edəcəklər", - İsrailin "Jerusalem Post" qəzeti xəbər verib.

Konfrans Ərəb-İsrail atəşkəsinin irəlilədilməsi yolunda ABŞ Prezidenti Barak Obama siyasətinin elementlərindən biridir. Obamanın Yaxın Şərq üzrə planı yaxın həftələr ərzində təqdim olunacaq.

Baş nazir qismində Fransaya ilk rəsmi səfəri zamanı Netanyahu, Aİ və İsrailin ötən ilin dekabrında Qəzza Zolağında İsrailin həyata keçirdiyi hərbi əməliyyatdan sonra pisləşən ikitərəfli münasibətləri müzakirə edəcək. Avropada Netanyahu hökumətinin regionda sülh prosesindəki mövqeyindən də narazıdırlar.

Xəbər lenti

Xəbər lenti