...

Fikir ayrılıqlarına baxmayaraq, Avropa İsraillə dialoqu genişləndirir - İsveç XİN

Dünya xəbərləri Materials 22 İyul 2009 15:14 (UTC +04:00)
İtaliyanın AKI informasiya agentliyinin xəbər verdiyinə görə, Avropa İttifaqına sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt deyib ki, yəhudi yaşayış məntəqələri ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Avropa İsraillə dialoqun genişləndirilməsi istiqamətində işləyəcək.
Fikir ayrılıqlarına baxmayaraq, Avropa İsraillə dialoqu genişləndirir - İsveç XİN

İtaliyanın AKI informasiya agentliyinin xəbər verdiyinə görə, Avropa İttifaqına sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt deyib ki, yəhudi yaşayış məntəqələri ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Avropa İsraillə dialoqun genişləndirilməsi istiqamətində işləyəcək.

İsveçin xarici işlər naziri hesab edir ki, Avropa sülhə nail olmaq üçün, "İsrailin siyasətinə təsir etmək və əməkdaşlığı genişləndirmək üçün" İsraillə əməkdaşlığı dərinləşdirməlidir. O əlavə edib ki, Aİ və ABŞ-ın bu məsələdəki mövqeyi üst-üstə düşür.

Bildt əmindir ki, İsraillə dialoq dərhal müsbət nəticələr verməyəcək. Ancaq İsraillə dialoqun genişləndirilməsi və əməkdaşlıq yolu ilə Yaxın Şərqdə sülh prosesini irəlilətmək imkanı var.

Aİ-nin xarici siyasət üzrə rəhbəri Havyer Solananın iki həftə əvvəl İsrailin ünvanına tənqidindən sonra Bildt açıqlama verib. Solana deyib ki, İsrail ərəb ölkələri və beynəlxalq vasitəçilərlə birlikdə müstəqil Fələstin dövlətinin yaranması üzrə vaxt çərçivələrini müəyyən etməlidir. O hesab edir ki, hazırda yalnız müşahidəçi qismində çıxış edən Fələstin muxtariyyətini BMT-yə daimi üzv kimi qəbul etməyin vaxtı gəlib çatıb.

Xəbər lenti

Xəbər lenti