ABŞ-ın müdafiə naziri Robert Qeyts çərşənbə axşamı İraqa əvvəlcədən elan olunmamış səfər edib. Bu barədə Çinin Sinxua agentliyi al-Jazeera telekanalına istinadən bildirib.
Qeyts İraqın Baş naziri Nuri əl-Maliki və iraqlı həmkarı Abdul Kasem Casim ilə İraqda Amerika qoşunlarının 2011-ci ilə kimi çıxarılmasından sonra ümumi maraqların və təhlükəsizliyin müzakirəsi üçün görüşlər keçirmək niyyətindədir.
Qeyts İraqa Yaxın Şərqdə sülh prosesi və İranın nüvə proqramı üzrə müzakirələr apardığı İsrail və İordaniyadan səfər edib.