Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Livana ikigünlük rəsmi səfərinə başlayır. O, Livan hökumətinin nümayəndələri ilə görüşlər keçirəcək, bu barədə Türkiyənin "Today's zaman" qəzeti xəbər verir.
Davudoğlu Livan Prezidenti Mişel Sleyman, hazırkı Baş nazir Fuad əs-Sinyora, parlament spikeri Nabixa Berri, həmçinin Livanlı həmkarı Favzi Salux ilə görüşmək niyyətindədir. Türkiyənin xarici işlər naziri iyunda keçirilən parlament seçkilərində qələbə qazanan və yeni hökumətin formalaşdırılması tapşırılan Sad əl-Həriri ilə də görüşəcək.
Yeni Livan hökumətinin yaranmasında maneə əl-Həririnin "14 mart" koalisiyası və "Hizbullah" müxalifət partiyası arasında nazirlər portfelinin bölgüsü və veto hüququnun hökumətə ötürülməsi ilə bağlı yaranıb.