...

Əhmədinejad bir daha Holokostu əfsanə adlandırdı

Dünya xəbərləri Materials 18 Sentyabr 2009 14:15 (UTC +04:00)

İran Prezidenti bir daha Holokost faciəsini "əfsanə" adlandıraraq bildirib ki, bu əfsanə Fələstin ərazilərini işğal etmək üçün yaradılıb.

İran Prezidenti Mahmud Əhmədinejad Qüds Günü (Ramazan ayının son cümə günü) cümə namazı çıxışında bildirib ki, faktsız və sənədsiz iddianın ucbatından Fələstin əraziləri işğal olunub və dünya imperializmi bununla dünyanı daim təhdid etmək, istismarçılıq siyasətini davam etdirmək məqsədi güdür.

Əhmədinejad İranın İRİNN telekanalı ilə canlı yayımlanan çıxışı zamanı əlavə edib ki, bu gün dünyanın ən əsas problemi Fələstinlə bağlıdır. İran Prezidentinin fikrincə, ABŞ-ın İraq və Əfqanıstana hücumu, Sudana təzyiqlər də sionistlərin əməlidir.

"Anti-sionist təfəkkürü Avropa hökumətləri özləri yayıblar. Onlar özləri iddia edirlər ki, soyqırımı (Holokostu) törədiblər və israilliləri Fələstinə köçürdüblər. Bununla belə, Qərb özünü yenə də demokrat adlandırır", - deyə Əhmədinejad bildirib.

İran Prezidenti beynəlxalq ictimaiyyəti İsrailə dəstək verməməyə çağırıb və bildirib ki, tezliklə İsrail hakimiyyəti aradan qaldırılacaq.

Əhmədinejad sionostləri dinsiz adlandıraraq, deyib ki, onlar nə yəhudidir, nə də xristian.

Əhmədinejad bir daha iyunun 12-də İranda keçirilən prezident seçkilərinə toxunaraq, beynəlxalq ictimaiyyətin Fələstin və İran məsələsində eyni prinsipdən çıxış etməməsini tənq edib. "İranda bir pişiyin ayağı təkər altında qalan kimi bizə qarşı minlərlə qətnamə tətbiq olunur, İsrailin Fələstində törətdiyi cinayətlərinə qarşı isə hamı susur", - deyə İran Prezidenti bildirib.

Əhmədinejad İranda (iyunun 12-də) keçirilən prezident seçkilərini "bəşəriyyət tarixində ən demokratik seçki" adlandıraraq bildirib ki, 40 milyon əhalinin iştirakı ilə keçirilən seçkiləri Qərb yenə də demokratiyanın olmaması kimi qiymətləndirir.

Əhmədinejad Fələstin probleminin həlli barədə bildirib ki, ilk növbədə, didərgin düşmüş Fələstin xalqı öz topraqlarına qaytarılmalı, sonra onların taleyi ilə bağlı qərar qəbul edilməlidir.

İranda keçirirlən sonuncu prezident seçkilərinin nəticəsinə etiraz olaraq, milyonlarla əhali etiraz aksiyası keçirib. Aksiyalarda 4000 nəfər tututlub, hazırda isə, yüzlərlə etirazçı həbsdədir. rəsmi məlumata görə, 31 və qeyri rəsmi məlumata görə, 72 nəfər aksiyalarda həlak olunub.

Prezident seçkilərinə sabiq namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Əhmədinejad administrasiyasını rəsmiyyətə tanımır və seçkilərin yenidən keçirilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti