...

İranın tanınmış müctəhidlərindən biri Əhmədinejad hökumətinin "qadın vali" seçmə istəyinə qarşı çıxıb

Dünya xəbərləri Materials 15 Oktyabr 2009 13:02 (UTC +04:00)
İranın tanınmış müctəhidlərindən olan Ayətullah Safi Qulpayqani Əhmədinejad hökumətinin siyasətində bəzi istiqamətləri tənqid edib. “Əgər kimsə dini alimlərin və İran İnqilabına ürək yandıranların fikirlərini nəzərə almazsa, Allahın və xalqın qəzəbi ilə üzləşər”, - deyə Ayətullah Qulpayqani deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
İranın tanınmış müctəhidlərindən biri Əhmədinejad hökumətinin "qadın vali" seçmə istəyinə qarşı çıxıb

İranın tanınmış müctəhidlərindən olan Ayətullah Safi Qulpayqani Əhmədinejad hökumətinin siyasətində bəzi istiqamətləri tənqid edib. "Əgər kimsə dini alimlərin və İran İnqilabına ürək yandıranların fikirlərini nəzərə almazsa, Allahın və xalqın qəzəbi ilə üzləşər", - deyə Ayətullah Qulpayqani deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar ötən həftə İranın Qum şəhərinə səfər zamanı bildirib ki, bəzi əyalətlərdə "qadın valilər" seçiləcək.

"Din alimləri və müctəhidlərin heç kəslə düşmənçiliyi yoxdur. Bizim dediklərimiz islam qayda-qanunları çərçivəsində və islam ölkəsinin mənafeyi uğrunda və xeyrinədir. Biz din alimlərinin sizdən yeganə istəyimiz islam dininin hökmlərinin icrasıdır", - deyə Qulpayqani cümə axşamı İran Parlamentinin ruhani nümayəndələri ilə görüşündə deyib.

Qulpayqani islamda qadının şəni haqda deyib ki, islam dininin qadına verdiyi dəyər və ləyaqət qədər heç bir din qadına dəyər vermir. İslam dini kişiləri qadınlara xidmət etməyə məsul edir. "İnsanların hüquqları onların fitri istedadları nəzərə alınmadan qoruna bilməz. Qadınlara xidmət etmək o demək deyil ki, qadınlar kişilərə aid olan işlərdə işləsinlər. İslam mədəniyyəti Qərb və Şərq mədəniyyətindən fərqlidir", - deyə Qulpayqani deyib.

İran İslam Respublikası tarixində ilk dəfə olaraq qadın nazir Prezident Əhmədinejadın ikinci prezidentliyi dövründə Nazirlər Kabinetində yer alıb. Qadın nazirin seçilməsi ilə bağlı da din xadimləri tərəfindən etirazlar səsləndirilmişdi.

Xəbər lenti

Xəbər lenti