...

Bursa valisi Azərbaycan bayraqlarının futbol matçına buraxılmaması ilə bağlı açıqlama verib

Dünya xəbərləri Materials 20 Oktyabr 2009 16:03 (UTC +04:00)
Bursa valisi oktyabrın 14-də sözügedən şəhərdə Türkiyə ilə Ermənistanın futbol komandaları arasında keçirilən matça Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı açıqlama verib.
Bursa valisi Azərbaycan bayraqlarının futbol matçına buraxılmaması ilə bağlı açıqlama verib

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Bursa valisi oktyabrın 14-də sözügedən şəhərdə Türkiyə ilə Ermənistanın futbol komandaları arasında keçirilən matça Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı açıqlama verib. Bu barədə Türkiyə səfirliyindən Trend -a daxil olan məlumatda bildirilir.

Verilən açıqlamada Azərbaycan bayrağının türk xalqı üçün Türkiyə bayrağı kimi əziz olduğu, həmçinin Türkiyə-Ermənistan futbol matçının FİFA tərəfindən təşkil edildiyi bildirilir.

Açıqlamada oyunun FİFA tərəfindən təşkil edildiyi üçün də ümumi qayda və prinsiplərə əməl etmək məcburiyyətində qaldıqları bildirilib. Valilik Azərbaycan bayraqlarının stadiona buraxılmamasını təkzib edib və oyun zamanı stadionda 238 Azərbaycan bayrağının olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti