...

İran Prezidenti Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 2 Noyabr 2009 12:50 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu həftə İslam Konfransı Təşkilatının (İKT) iclasında iştirak etmək məqsədilə Türkiyəyə səfər edəcək, Anadolu xəbər verir.
İran Prezidenti Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir R.Daraxşan /

İran Prezidenti Mahmud Əhmədinejad bu həftə İslam Konfransı Təşkilatının (İKT) iclasında iştirak etmək məqsədilə Türkiyəyə səfər edəcək, Anadolu xəbər verir.

Əhmədinejad İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitənin (COMCEC) İstanbulda noyabrın 5-dən 9-na kimi kçirilən V sessiyasında iştirak edəcək. O, qurultayın sonuncu iki gününə planlaşdırılan tədbirlərə qatılacaq.

İran Prezidenti İKT üzvləri arasında münasibətlərin inkişafı və qlobal maliyyə böhranı mövzularında niqt söyləyəcək.

İstanbula səfəri zamanı Əhmədinejad Türkiyə Prezidenti Abdullah Gül və İKT üzv ölkələrinin digər liderləri ilə görüşəcək.

O, həmçinin COMCEC-in sessiyanın sonuncu günü keçiriləcək iqtisadi sammitində iştirak edəcək. Sözügedən sammitdə İKT-nin İcra Komitəsinə üzv ölkələrin (Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə və Uqanda) və digər İKT üzv dövlətlərinin başçıları da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti