...

İran Silahlı Qüvvələri və Sepah birgə hərbi təlimlər keçirəcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Noyabr 2009 12:52 (UTC +04:00)

Red. əlav.: birinci abzasdan sonra əlavə olunub

İranın "Xatəmül-Ənbiya" Hava Hücumundan Müdafiə (HHM) qərargahının komandiri general-mayor Əhməd Miqani bildirib ki, Silahlı Qüvvələr və İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") hava hücumundan müdafiə korpusları sabahdan birgə hərbi təlimlərə başlayacaqlar. Məlumatı MEHR xəbər agentliyi yayıb.

Miqani şənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, hərbi təlimlər "Modafeane Asemane Vilayət 2" ("Vilayət səması keşikçiləri 2") şərti adı ilə keçiriləcək.

"Vilayət səması keşikçiləri 1" hərbi təlimləri ötən il avqust ayının sonlarında keçirilib.

Miqani bildirib ki, hərbi təlimlər 600 min kvadratkilometr ərazini əhatə edəcək. "Hava Hücumundan Müdafiə təlimləri beş gün ərzində İranın şimal-qərb, qərb, cənub-qərb, cənub və mərkəzi regionlarını əhatə edəcək", - deyə Miqani deyib.

Miqani deyib ki, təlimlərin keçirilməsində əsas məqsəd ölkənin hava təhlükəsizliyinin təmin olunması və əsasən İranın nüvə obyektlərinin qorunmasıdır. "Təlimlər HHM qüvvələrinin güclərinin artırılması, hava hücumundan müdafiə üzrə region qərargahlarının mərkəzləşdirilməsi, kəşfiyyat təyyarələrinin siqnallarının ötürülməsi və analizi, qırıcı təyyarələrdə hərbi texnikadan istifadə, hədəflərin məhv olunması üzrə raketlərin sınaqları məqsədilə keçiriləcək", - Miqani deyib.

Xəbər lenti

Xəbər lenti