...

Nevskiy ekspress" qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - Baş Prokurorluq (ƏLAVƏ OLUNUB-1)

Dünya xəbərləri Materials 28 Noyabr 2009 13:00 (UTC +04:00)
"Nevskiy ekspress" qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, 60 zərərçəkən isə xəstəxanaya yerləşdirilib. Bu barədə şənbə günü RİA Novosti-yə Baş Prokurorluğun rəsmi nümayəndəsi Marina Qridneva bildirib.
Nevskiy ekspress" qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - Baş Prokurorluq (ƏLAVƏ OLUNUB-1)

"Nevskiy ekspress" qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, 60 zərərçəkən isə xəstəxanaya yerləşdirilib. Bu barədə şənbə günü RİA Novosti-yə Baş Prokurorluğun rəsmi nümayəndəsi Marina Qridneva bildirib.

"Nevskiy ekspress" fəlakəti nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb, daha 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib", - o deyib.

Qridneva əlavə edib ki, qəza nəticəsində zərərçəkənlərin dəqiq sayı hələ müəyyənləşdirilir.

Əvvəlcə 25 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Moskvadan Sankt-Peterburqa gedən "Nevskiy ekspress" qatarı cümə günü gecə Novqorod əyalətində qəzaya uğrayıb.

RF-nin baş prokuroru Yuri Çayka "Nevskiy ekspress" sürət qatarının qəzaya uğrama səbəbini şəxsən araşdırmaq məzuniyyətini yarımçıq saxlayıb. Baş Prokurorluğun rəsmi nümayəndəsi Qridnevanın məlumatına görə, Çaykanın göstərişi ilə Rusiya Prokurorluğu yanında Araşdırma Komitəsinin rəhbəri Aleksandr Bastrikin və araşdırma qrupu hadisə yerinə gedib.

Qridneva qeyd edib ki, baş prokuror bazar günü operativ müşavirə keçirəcək.

Onun sözlərinə görə, həmçinin RF Prokurorluğu yanında Araşdırma Komitəsinin kriminalistika idarəsinin rəhbəri və Regionlararası nəqliyyat prokurorluğunun nümayəndələri hadisə yerinə gedib.

Hadisə ilə bağlı RF CM-nin 205-ci (terror aktı) və 222-ci (qeyri-qanuni olaraq partlayıcı əşyaların daşınması) maddələri ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti