...

İran yeni nəsil "İR4" və "İR3" sentrifuqalar istehsal edir - İranın Atom Enerji Təşkilatının sədri

Dünya xəbərləri Materials 18 Dekabr 2009 10:52 (UTC +04:00)
İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, İran hazırda yeni nəsil "İR4" və "İR3" sentrifuqalar istehsal edir. "Ümid edirik gələn ilin sonunadək mövcud problemlərin həll edilməsilə yeni nəsil sentirifuqaları istifadə edə biləcəyik", - Salehi deyib. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İran yeni nəsil "İR4" və "İR3" sentrifuqalar istehsal edir - İranın Atom Enerji Təşkilatının sədri

İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, İran hazırda yeni nəsil "İR4" və "İR3" sentrifuqalar istehsal edir. "Ümid edirik gələn ilin sonunadək mövcud problemlərin həll edilməsilə yeni nəsil sentrifuqaları istifadə edə biləcəyik", - Salehi deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Salehi İranın növə obyektlərindəki fəal sentrifuqaların 6 mindən çox olduğunu bildirib. "Hazırda yeni nəsil sentrifuqaları zənginləşdirməyə başlamışıq və onların sınağı sürətlə davam edir", - deyə Salehi əlavə edib.

Salehi bildirib ki, yeni nəsil sentrifuqarların istehsalında və sınağında rəqabət yaratmaq üçün iki qrup yeni nəsl sentrifuqaların üzərində iş aparılır.

Salehi Buşehr nüvə stansiyası ilə bağlı bildirib ki, Buşehr nüvə stansiyasında işlər cədvələ uyğun şəkildə aparılır və istifadəyə verilən tarixədək daha üç sınaq bu nüvə stansiyasında keçiriləcək. Salehi bu nüvə stansiyasının yaxın bir neçə ay ərzində açılacağını bildirib.

"Hazırda İranın Atom Enerji Stansiyası Termonüvə Təcrübə Reaktoru üzərində iş aparılır. Bu reaktorun İranda tikintisi məqsədilə artıq bu texnologiyaya sahib Yaponiya ilə əməkdaşlıq ediləcək", - Salehi deyib.

Salehi əlavə edib ki, Yaponiya İranla nüvə texnologiyası sahəsində əməkdaşlıq etməyə hazırdır. "İranın Milli Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Yaponiyaya səfəri zamanı bu məsələ müzakirə olunub", - Salehi deyib.

Xəbər lenti

Xəbər lenti