İran və Türkmənistan prezidentlərinin iştirakı ilə iki ölkə arasında üç əməkdaşlıq sazişi imzalanıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Əməkdaşlıq sazişləri İran Mədəniyyət İrsi, Turizm və Əl İşləri Sənayesi Nazirliyi ilə Türkmənistanın Mədəniyyət Nazirliyi, İranın Pars Enerji Şirkəti və Türkmənistanın Nəqliyyat Nazirliyi və iki ölkənin xarici işlər nazirləri arasında imzalanıb.
Türkmənistan və İran prezidentləri həmçinin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə dair birgə bəyanat imzalayıblar.