...

Məhəmmədrza Rəhimi İranın dövlət sözçüsü oldu

Dünya xəbərləri Materials 11 Yanvar 2010 11:12 (UTC +04:00)
İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi Nazirlər Kabinetinin qərarı ilə İran İslam Respublikası hökumətinin siyasi, ictimai və mədəniyyət sahəsində sözçüsü təyin olunub.
Məhəmmədrza Rəhimi İranın dövlət sözçüsü oldu

İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi Nazirlər Kabinetinin qərarı ilə İran İslam Respublikası hökumətinin siyasi, ictimai və mədəniyyət sahəsində sözçüsü təyin olunub. Bu barədə İran hökumətinin rəsmi xəbər saytı məlumat yayıb.

İranın Prezident Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayi bildirib ki, Prezident Əhmədinejad İranın iqtisadiyyat naziri Şəmsəddin Hüseynini hökumətin iqtisadi məsələlər üzrə sözçüsü təyin edib.

Əhmədinejadın ötən prezidentlik dövründə hökumət sözçüsü İranın sabiq prokuroru Qulamhüseyn İlham idi.

Hökumət sözçüsünün vəzifələrindən biri Nazirlər Kabinetinin qərarlarını açıqlamaqdır.

Xəbər lenti

Xəbər lenti