...

Nino Burcanadze Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir

Dünya xəbərləri Materials 27 Yanvar 2010 20:52 (UTC +04:00)
"Demokratik hərəkat - vahid Gürcüstan" partiyasının lideri, eks-spiker Nino Burcanadze İsveçrədədir və Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.
Nino Burcanadze Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirsxaliya/

"Demokratik hərəkat - vahid Gürcüstan" partiyasının lideri, eks-spiker Nino Burcanadze İsveçrədədir və Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Bu barədə partiya üzvü Roman Kusiani Trend -a məlumat verib.

Onun sözlərinə görə, Burcanadzenin forum çərçivəsində kimlərlə görüşəcəyi ona məlum deyil, lakin məlumdur ki, Gürcüstan hökumətindən heç kəs forumda iştirak etmir.

"Demokratik hərəkat - vahid Gürcüstan" partiyası Burcanadzenin İsveçrəyə səfərinin yekunu üzrə press-reliz yayacaq.

Xəbər lenti

Xəbər lenti