...

Efiopiyanın Boeing-737 təyyarəsi partlayış nəticəsində qəzaya uğrayıb

Dünya xəbərləri Materials 9 Fevral 2010 20:00 (UTC +04:00)
Efiopiya hava yollarının təyyarəsi partlayış nəticəsində Livan suları üzərində qəzaya uğrayıb. Məlumatı "əl-Ərəbiyyə" telekanalının saytı yayıb.
Efiopiyanın Boeing-737 təyyarəsi partlayış nəticəsində qəzaya uğrayıb

Efiopiya hava yollarının təyyarəsi partlayış nəticəsində Livan suları üzərində qəzaya uğrayıb. Məlumatı "əl-Ərəbiyyə" telekanalının saytı yayıb.

Məlumat verilir ki, yanvarın 25-də Livan sahillərində qəzaya uğrayan Boeing-737 təyyarəsi havada partlayıb.

Qara qutunun açılmasından sonra bu nəticəyə gəlinib. Qara qutu Livanın Baş naziri Saad əl-Həririnin şəxsi təyyarəsində Parisə göndərilib.

Təyyarənin bortunda 83 sərnişin və 7 nəfər ekipaj üzvü olub. Xilasedicilər Aralıq dənizinin dərinliyindən 21 cəsəd qaldıra biliblər. Məlumatı RİA Novosti yayıb.

Xəbər lenti

Xəbər lenti