...

İranda eks-prezident Rəfsəncaninin oğlunun həbs edilməsi haqqında qərar qəbul edilib

Dünya xəbərləri Materials 16 Aprel 2010 15:48 (UTC +04:00)
İranda eks-prezident Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşiminin həbs edilməsi haqqında qərar qəbul edilib. Bu barədə Fars İnformasiya Agentliyi məlumat verib.
İranda eks-prezident Rəfsəncaninin oğlunun həbs edilməsi haqqında qərar qəbul edilib

İranda eks-prezident Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşiminin həbs edilməsi haqqında qərar qəbul edilib. Bu barədə Fars İnformasiya Agentliyi məlumat verib.

Mehdi Haşimi İran sərhədinə gələn zaman saxlanılacaq. Həmçinin, Mehdi Haşiminin ölkəyə gəlməyəcəyi təqdirdə, onun həbs edilməsinə dair qanuni üsulların tətbiq edilməsi barədə qərar qəbul edilib.

İranın Məsləhət Şurasının sədri və ölkənin eks-prezidenti Əli Əkbər Haşimi-Rəfsancaninin uşaqları Mehdi və Faiza Haşimi ölkədə qarışıqlıq təşkil etməkdə, həmçinin, 2009-cu ilin iyununda prezident seçkilərinin nəicələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham edilib.

Faiza və Mehdi Haşimi barədə cinayət işi açılıb.

Mitinqlər zamanı Haşiminin qızı iki dəfə həbsə məruz qalıb, Mehdi Haşimi uzun illərdir Böyük Britaniyadadır.

Xəbər lenti

Xəbər lenti