...

Qüdsdə Şota Rustavelinin büstü təhqir olunub

Dünya xəbərləri Materials 19 Aprel 2010 10:09 (UTC +04:00)
Gürcüstan patriarxı gürcü şairi və ictimai xadimi Şota Rustavelinin Qüdsdəki abidəsinin təhqir olunması ilə bağlı narazılığını və təəssüfləndiyini bildirib.
Qüdsdə Şota Rustavelinin büstü təhqir olunub

Gürcüstan, Tbilisi, 18 aprel /Trend, müxbir N.Kirsxalia/

Gürcüstan patriarxı gürcü şairi və ictimai xadimi Şota Rustavelinin Qüdsdəki abidəsinin təhqir olunması ilə bağlı narazılığını və təəssüfləndiyini bildirib.  

Patriarxın bəyanatında deyilir ki, bu büst 2005-ci ildə Xaç monastrında Şota Rustavelinin qədim freskası silindikdən sonra, bu monastra yaxın ərazidə qoyulub. Bir neçə gün əvvəl naməlum şəxslər büstün gözlərini korlayıblar.

"Bizə məlumdur ki, Qüds Patriarxlığı və şəxsən Qüds patriarxı, müqəddəs III  Teofil baş verənlərlə bağlı narahatlığını bildirib.

Ümid edirik ki, İsrail hökuməti sözügedən insidentlə maraqlanacaq və Qüds Patriarxlığının köməyilə büstün təhqir olunmasını araşdıracaq və günahkarlar lazımi cəzalaranı alacaqlar", - bəyanatda deyilir.  

Xəbər lenti

Xəbər lenti