İranın xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi bu gün səhər Tacikistana səfər edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verib.
Qəşqavi üçgünlük səfər zamanı İran - Tacikistan XİN müavinlərinin konsulluq məsələləri üzrə üçüncü iclasında iştirak edəcək.
İclasda iki ölkə vətəndaşlarının gediş-gəlişi, Tacikistan universitetlərində iranlı tələbələrin təhsili və digər konsulluq məsələləri müzakirə olunacaq.