...

ABŞ Ankarada terrorizmlə mübarizəyə həsr olunmuş görüşü təxirə salıb

Dünya xəbərləri Materials 17 İyun 2010 11:15 (UTC +04:00)

Türkiyə və ABŞ-ın bu ay Ankarada keçirilməli olan terrorizmlə mübarizəyə həsr edilmiş birgə iclası Vaşinqtonun təşəbbüsü ilə təxirə salınıb. Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

Ağ evin mətbuat katibi Filipp Krouli mətbuat konfransında bildirib ki, ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə əlaqələndiricisi Danuel Benjaminin başçılıq etdiyi nümayəndə heyəti planlaşdırılan müddətdə iclasda iştirak edə bilməyəcək.

"Türkiyə terrorizmlə mübarizədə vacib müttəfiqdir və ABŞ bu tədbirin yeni proqramını gözləyir", - Krouli bildirib.

Xəbər lenti

Xəbər lenti