...

Türkiyə şirkəti "F-35" qırıcıları üçün mühərriklər istehsal edəcək

Dünya xəbərləri Materials 26 İyul 2010 11:05 (UTC +04:00)
Türkiyənin müdafiə sənayesinin "Kalekalip" şirkəti beşinci nəsil "F-35" Amerika qırıcı təyyarələri üçün mühərriklər istehsal edəcək. Bu barədə bazar günü xarici ticarət üzrə dövləvt naziri Zəfər Çağlayan məlumat verib. Məlumatı Anadolu agentliyi yayıb.
Türkiyə şirkəti "F-35" qırıcıları üçün mühərriklər istehsal edəcək

Türkiyənin müdafiə sənayesinin "Kalekalip" şirkəti beşinci nəsil "F-35" Amerika qırıcı təyyarələri üçün mühərriklər istehsal edəcək. Bu barədə bazar günü xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan məlumat verib. Məlumatı Anadolu agentliyi yayıb.

Türkiyədə "F135" mühərriklərinin qurulması üçün bu təyyarələrin istehsalçısı olan Amerikanın UTC şirkəti və "Kalekalip" birgə müəssisə yaradacaqlar. BM-nin nəzarət paketinin 51 faizi "Kalekalip"ə məxsus olacaq.

Çağlayan deyib ki, UTC və "Kalekalip" arasında saziş gələn həftə imzalanacaq.

"Əvvəlcə "Kalekalip" "F135" mühərriklərinin 90 faizindən çoxunu, sonra isə bütün mühərrikləri istehsal edəcək", -nazir bildirib.

Türkiyədə "F135"in istehsalına artıq bu il başlanacaq.

Xəbər lenti

Xəbər lenti