...

Qərb öz silahlarını satmaq üçün iranafobiyanı bilərəkdən yayır – İran XİN nümayəndəsi

Dünya xəbərləri Materials 17 Avqust 2010 15:47 (UTC +04:00)
ABŞ və onu müttəfiqləri öz silahlarını satmaq üçün Yaxın Şərqdə iranafobiyanı qəsdən yayırlar. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst çərşənbə axşamı həftəlik mətbuat konfransında deyib. Bu barədə Press-TV məlumat verib.
Qərb öz silahlarını satmaq üçün iranafobiyanı bilərəkdən yayır – İran XİN nümayəndəsi

ABŞ və onu müttəfiqləri öz silahlarını satmaq üçün Yaxın Şərqdə iranafobiyanı qəsdən yayırlar. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst çərşənbə axşamı həftəlik mətbuat konfransında deyib. Bu barədə Press-TV məlumat verib.

"İranın rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, regiondakı təhdidlər ABŞ və digər Qərb ölkələrinin təhriki ilə islamafobiya və iranafobiyanın yaradılmasına yönəldilib və onların vəzifəsi öz silahlarını satmaq üçün şəraitin təmin edilməsindən ibarətdir", - o bildirib.

Mehmanpərəst region ölkələrini təhlükəsizliyin bərpa olunması işində ayıqlığı və birliyi qoruyub-saxlamağa çağırıb.

KİV-in məlumatına görə, Birləşmiş Ştatlar Fars körfəzində yerləşən bəzi ərəb ölkələrinə müqavilə ilə 60 milyard dollardan artıq silah satmağa hazırlaşır.

ABŞ və onların müttəfiqləri İranı nüvə silahı hazırlamaqda günahlandırırlar. İran ittihamları rədd edir və iddia edir ki, onun nüvə fəaliyyəti region ölkələri də daxil olmaqla, sülh üçün təhlükə yaratmır.

Birləşmiş Ştatlar dünyada ən iri silah ixracatçısıdır.

Xəbər lenti

Xəbər lenti