...

İran sanksiyadan sonra daha güclü olub – maliyyə və iqtisadiyyat naziri

Dünya xəbərləri Materials 9 Oktyabr 2010 14:44 (UTC +04:00)
İran ölkə iqtisadiyyatına az təsir edən beynəlxalq sanksiyalardan sonra daha güclü olub. Məlumatı AFP-yə istinadən Press-TV yayıb.
İran sanksiyadan sonra daha güclü olub – maliyyə və iqtisadiyyat naziri

İran ölkə iqtisadiyyatına az təsir edən beynəlxalq sanksiyalardan sonra daha güclü olub. Məlumatı AFP-yə istinadən Press-TV yayıb.

"Bu sanksiyalardan sonra biz qat-qat güclənmişik", - İranın maliyyə və iqtisadiyyat naziri Şəmsəddin Hüseyni Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun iclasında deyib.

O, İslam Respublikası ilə ticarətə qoyulmuş beynəlxalq qadağanı, həmçinin, İranın nüvə proqramına görə firma və özəl şəxslərə qarşı tətbiq edilən sanksiyaları kəskin tənqid edib.

Hüseyni etiraf edib ki, sanksiyalar "İran üçün bir sıra problemlər yaradıb". Bununla yanaşı, o deyib: "İnsanlar problemi həll edəndə daha da güclənirlər. Bu gün biz daha da güclənmişik".

Xəbər lenti

Xəbər lenti