İsrail Prezidenti Şimon Peres bazar günü Mərakeşə səfərini təxirə salıb. Bu barədə DPA agentliyi İsrail KİV-ə istinadən məlumat yayıb.
Peres Ümumdünya İqtisadi Forumu çərçivəsində Mərakeşə səfər etməli idi və səfəri zamanı ölkə Kralı lə görüşü planlaşdırılmışdı. Lakin cümə günü göndərilən məktubda Kral hazırkı məqamda görüşə bilməyəcəyini bildirib.VI Məhəmməd
İsrail KİV-in məlumatına görə, Prezident Administrasiyası bu addımı İsrail siyasətinə qarşı etiraz kimi izah edib.
Yaxın Şərq və Şimali Afrika problemləri üzrə Ümumdünya İqtisadi Forumu oktyabrın 26-28-də Mərakeş şəhərində keçiriləcək.