İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi bu gün səhər Qətərə səfər edib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verib.
İki günlük səfər zamanı Rəhimini İranın neft naziri Məsud Mirkazimi və İran parlamentinin nümayəndələri müşayiət edirlər.
Səfər zamanı İran və Qətər arasında bir neçə əməkdaşlıq sazişi imzalanacaq.