...

İran sərhədçiləri təlimlər keçirəcəklər

Dünya xəbərləri Materials 12 Noyabr 2010 12:00 (UTC +04:00)

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari bildirib ki, Sərhəd Qoşunları noyabrın 13-15-də ölkənin Sistan və Bəluçistan əyalətində təlimlər keçirəcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib.

Zülfüqari əlavə edib ki, təlimlər həm dənizdə və həm də quruda keçiriləcək. "Təlimlərdə ilk dəfə yeni mina axtaranlar, keyidici silahlar və yeni katerlər istifadə olunacaq", - Zülfüqari deyib.

Onun sözlərinə görə, təlimlərin keçirilməsində məqsəd Sərhəd Quşunlarının Sistan və Bəluçistan sərhədlərində hazırlıq səviyyəsinin artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti