...

Ermənistanda üç nazir işindən uzaqlaşdırılacaq – qəzet

Dünya xəbərləri Materials 16 Dekabr 2010 15:37 (UTC +04:00)
Ermənistanın daha üç naziri yaxın vaxtlarda tutduqları vəzifədən azad ediləcəklər. Bunu cümə axşamı "Jamanak" (zaman) qəzeti yazıb.
Ermənistanda üç nazir işindən uzaqlaşdırılacaq – qəzet

Ermənistanın daha üç naziri yaxın vaxtlarda tutduqları vəzifədən azad ediləcəklər. Bunu cümə axşamı "Jamanak" (zaman) qəzeti yazıb.

Qəzetin məlumatına əsasən, Ermənistan prezidenti Serj Sarkisyanın qərarına görə, qeyri-qənaətbəxş iş səbəbindən iqtisadiyyat naziri Nerses Yeritsyan, kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan və ekologiya naziri Aram Arutyunyan istefaya göndəriləcəklər. Lakin hökumətin tərkibində dəyişikliklərin Yeni ilə kimi və ya bayramdan sonra baş verəcəyi hələ ki məlum deyil.

Şayələr gəzir ki, Milli Təhlükəsizlik Şurasının katibi, "Oranats Yerkir" partiyasının sədri Artur Baqdasaryan Sarkisyanı "Oranats Yerkir" partiyasının üzvü olan Alaveriyanı "bağışlaması" üçün var gücü ilə dilə tutmağa çalışır, "Novosti-Armeniya" məlumat verib.

Bu yaxınlarda Ermənistanın baş naziri Tiqran Sarkisyan bir sıra nazirləri, o cümlədən kənd təsərrüfatı, səhiyyə, elm və təhsil nazirlərini qeyri-qənaətbəxş işə görə kəskin tənqid edib.

Xəbər lenti

Xəbər lenti