...

Suriya parlamentinin sədri İrana səfər edəcək

Dünya xəbərləri Materials 6 Yanvar 2011 18:13 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricaninin dəvəti ilə Suriya Xalq Məclisinin sədri Mahmud əl-Əbrəş sabah bu ölkəyə rəsmi səfər edəcək.
Suriya parlamentinin sədri İrana səfər edəcək

İran parlamentinin spikeri Əli Laricaninin dəvəti ilə Suriya Xalq Məclisinin sədri Mahmud əl-Əbrəş sabah bu ölkəyə rəsmi səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verib.

Əl-Əbrəş yanvarın 7-də İrana dördgünlük rəsmi səfər edəcək. Suriya parlamentinin sədri və onu müşayiət edən nümayəndə heyətinin İrana səfərində məqsəd parlamentlərarası əlaqələrin inkişaf etdirilməsidir.

Səfər zamanı əl-Əbrəşin iranlı həmkarı Əli Laricani, Prezident Mahmud Əhmədinejad, İran Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadıq Laricani, müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşəcəyi nəzərdə tutulub.

Suriya Xalq Məclisinin sədri əl-Əbrəş 2010-cu il yanvarın 5-də də İrana dördgünlük rəsmi səfər etmişdi.

Xəbər lenti

Xəbər lenti