...

İran "Hag" raket sistemlərini sınaqdan keçirib

Dünya xəbərləri Materials 19 Yanvar 2011 12:37 (UTC +04:00)
İranın Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə qərargahı ölkənin strateji və nüvə obyektlərinin müdafiəsinə hazırlıq məqsədi ilə "Hag" ortamənzilli hava hücumundan müdafiə sistemlərinin yeni nəslini sınaqdan keçirib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İran "Hag" raket sistemlərini sınaqdan keçirib

İranın Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə qərargahı ölkənin strateji və nüvə obyektlərinin müdafiəsinə hazırlıq məqsədi ilə "Hag" ortamənzilli hava hücumundan müdafiə sistemlərinin yeni nəslini sınaqdan keçirib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, "Hag" raket sistemi Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə qərargahının mütəxəssisləri tərəfindən yenilənib və bu gün müvəffəqiyyətlə sınanıb.

"Bu sınaq ölkənin strateji əhəmiyyətli obyektlərinin qorunması üçün istifadə olunan "Hag" raket sisteminin hazırlıq vəziyyətini yoxlamaq məqsədi ilə həyata keçirilib", - Xatəmul-Ənbiya HHM qərargahının rəis müavini, general Əbulfəzl Fərməhini deyib.

O, sınağın müvəffəqiyyətlə həyata keçirildiyini deyib və Xatəmul-Ənbiya HHM qərargahının hərbi hazırlıq vəziyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti