...

İran Prezidentinin Türkiyəyə səfərinin vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 3 May 2011 17:56 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad mayın 9-da Türkiyəyə səfər edəcək.
İran Prezidentinin Türkiyəyə səfərinin vaxtı açıqlanıb

İran Prezidenti Mahmud Əhmədinejad mayın 9-da Türkiyəyə səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Əhmədinejad Türkiyədə mayın 9-13-də təşkil ediləcək BMT-nin IV Ən az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak edəcək.

Əhmədinejadın konfrans çərçivəsində digər ölkələrin, o cümlədən Türkiyə rəsmiləri ilə də görüşüb müzakirələr aparacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti